Diabetik ayaq haqqında “qorxulu” statistika

  1. Hər diabet xəstəsinin həyatı boyunca 12-25% ehtimalla ayaq yarası əmələ gələ bilər.
  2. Diabetik ayaq yaraları xəstənin həyat keyfiyyətinin pozulmasına, aşağı ətraf amputasiyalarına və hətta ölümə səbəb ola bilir.
  3. Diabetlinin xəstəxanada yatışının ən çox səbəbi diabetik ayaqdır.
  4. Müalicəsi bahalı və uzunmüddətlidir.
  5. Diabetik xəstələrdə ayaq yaralarının 2/3-nin sağaldığı halda, yerdə qalanı amputasiya ilə nəticələnir.
  6. Qeyri-travmatik amputasiyaların 50-70%-nin səbəbi diabetik ayaqlardır.
  7. Bir ətraf amputasiya olunubsa, digər ətrafın amputasiya riski ilk 4 il içində 50%-dən artıqdır.
  8. Dünyada hər 30 saniyədən bir, hər hansı bir xəstənin ayağı diabet səbəbiylə kəsilir.
  9. Hər il 1 milyondan artıq diabetli insan ayağını itirir!