Bu əlamətlər varsa, həkimə getməlisiniz!

Əgər ayağınızda aşağıdakı əlamətlərdən ən azı biri sizdə varsa, mütləq həkiminizə müraciət edin:

  • Ayağınızda və ya dırnağınızda göbələk infeksiyası varsa;
  • Dırnaq ətin içinə giribsə;
  • Döyənək əmələ gəlibsə;
  • Dəridə çatlar varsa;
  • Dəridə yara, kəsik, suluq varsa;
  • Ayaq dərisində rəng dəyişikliyi varsa (göyərmə, mərməri və ya solğun dəri);
  • Hissəvi temperatur yüksəlməsi varsa;
  • Ağrı, hissiyat pozğunluğu və azalması varsa;
  • Şişkinlik varsa;
  • Ayaq görünüşündə dəyişikliklər (deformasiyalar) varsa.