Hiperbarik Oksigen Müalicəsi

Hiperbarik Oksigen Müalicəsi

Hiperbarik Oksigen Müalicəsi nədir?

Hiperbarik oksigen müalicəsi qapalı şəraitdə (barokamerada) yüksək təzyiq altında (atmosfer təzyiqindən 2-3 dəfə) 100% təmiz  oksigen verilməklə aparılan bir müalicə metodudur. Proseduranın əsas təsiri toxumalara maksimum oksigen çatdırmaqdır. Bunu 2 əsas mexanizmlə yerinə yetirir:

  1. Fizika qanunlarına əsasən, təzyiq artdıqca oksigenin qanda daha doğrusu, plazmada həll olması artır.
  2. Bundan əlavə nəfəs aldığımız havada oksigenin miqdarı 21% olduğu halda Hiperbarik Oksigen müalicəsi zamanı xəstə oksigen maskası ilə 100% oksigen alır.

Qeyd etdiyimiz kimi şəkərli diabet xəstələrinin bir qismində ayaq yaralarının əmələ gəlmə səbəbi angiopatiya, yəni ayağa qan aparan damarların (arteriyaların) daralma və ya tutulmasıdır. Nəticədə ayağa qan yaxşı çatmır, toxumalar “AC”, yəni oksigensiz qalaraq yaraların sağalması çətinləşir. Tutulmuş və ya daralmış böyük damarları cərrahi yolla açmaq mümkündür, ancaq kiçik damarlarda bunu etmək mümkün deyil. Bu cür hallarda hiperbarik oksigen müalicəsi diabetik yara sağalmasında çox effektivdir. Bu müalicə metodunun digər təsirləri:

  • Bakteriyaların inkişafının qarşısını alır və antibiotiklərin təsirini artırır.
  • Yara nahiyəsində yeni damarların əmələ gəlməsini təmin edir.
  • Yaranın sağalmasına mane olan ödemi (şişkinliyi) aradan qaldırır.

Bu metod dünyanın inkişaf etmiş ölkələrində geniş sürətdə istifadə olunan və hətta, dövlət sığortasının qarşıladığı bir müalicə metodudur.