Diabetik neyropatiya

Diabetik neyropatiya

 

Əgər sizə polineyropatiya diaqnoz qoyulubsa,  deməli Şəkərli diabet artıq sizin sinirləri artıq zədələyib. Neyropatiya zamanı ilk növbədə periferik sinirləri zədələyir. Yəni ilk növbədə qollara,  ayaqlara,  bədənə və başa gedən həm hissi, həm də hərəki sinirlər zədələnməyə başlayır.  Hissi sinirlər ətraf orqanlar haqda beyinə informasiya oturur,  hərəki sinirlər isə beynin verdiyi komandani icra edir.  Yüksək qan şəkərinin təsiri nəticəsində diabetli xestelerde esasen hissi sinirler zedelenir.

Diabetli pasientlərdə sinir zədələnmələrinin əlamətləri-

  • Əllərdə və ayaqlarda yanğı və oynəbatma hissi
  • Dərinin temperatur hissinin itməsi
  • Gecə ağrıları
  • ətraflarda keyləşmə
  • ətraflarda göynəmə hissindən
  • ayaqlarda ödemlər ( şişkinliklər)
  • dəridə quruluq və qabıqlanma
  • dərinin qızarması
  • dümük döyənəklərinin, sağalamayan xora və yaraların olması
  • oynaqlarda patoloji dəyişikiklər
  • barmaq hərəkətlərinin hiss olunması

Hərəki sinirlərin zədələnməsi zamanı,  adətən ətraflar nazilir və zəifləyir, əzələ gücsüzlüyü yaranmağa başlayır.

Ona görə də bütün diabetli pasientlər ildə 3-4 dəfə endokrinoloq qəbulunda,  diabetik ayaq müayinəsindən keçməlidirlər.