Şəkərli diabet niyə və necə yaranır

Şəkərli diabet niyə və necə yaranır

Şəkərli diabet ümumdünya səhiyyəsinin qlobal problemlərindəndir. Bütün dünyada 500 mln-dan şox insan şəkərli diabetdən əziyyət çəkir.

Şəkərl idiabet zamanı orqanizmdə bir çox pozğunluqlar yaranır

  • Qanda şəkərin tənzimi
  • Zülal
  • Lipid ( xolesterin)
  • Mineral
  • Su- suz
  • Karbohidrat mübadiləsi pozulur.

Xəstəliyin yaranmasında əsas səbəb mədəaltı vəzi tərəfindən ifraz olunan insulin adlanan,  zülal-peptid quruluşlu hormondur.

Xəstəliyin yaranmasında əsas 2 mexanizm rol oynayır.

  1. Mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinin müxtəlif infeksion xəstəliklər və autoimmun xəstəliklərlə zədələməsi nəticəsində yaranan diabet. Bu diabet növünə tip 1 şəkərli diabet deyilir. Əsasən 40 yaşına qədər cavanlarda və uşaqlarda rast gəlinir. Müalicəsin davamlı olaraq insulinlərlədir.
  2. Qana mədəaltı vəzi tərəfindən insulinin ifrazının artmasına baxmayaraq, hüceyrələrdə insulinin açarı sayılan reseptorların zədələnməsi nəticəsində qan şəkərinin hüceyrə daxilinə keçə bilməməsi nəticəsində yaranır. Buna tip 2 diabet deyilir. Adətən 40 yaşından böyük insanlar  xəstələnir. Müalicəsi adətən dərman preparatları ilədir.
  3. Hamiləlik zamanı yaranan diabet. Buna Hestasion diabet deyilir. Adətən hamiləlikdən sonra keçir. Bəzi hallarda isə tip 2 diabet yarana bilər.

Əgər şəkərli diabetə şübhəniz varsa,  ləngimədən həkimə müraciər edin. Çünki,  şəkərli diabet zamanı yaranan fəsadlar daha qorxulu və təhlükəlidir.