Bu əlamətlər varsa, həkimə getməlisiniz!
Əgər ayağınızda aşağıdakı əlamətlərdən ən azı biri sizdə varsa, mütləq həkiminizə müraciət edin:
- Ayağınızda və ya dırnağınızda göbələk infeksiyası varsa;
- Dırnaq ətin içinə giribsə;
- Döyənək əmələ gəlibsə;
- Dəridə çatlar varsa;
- Dəridə yara, kəsik, suluq varsa;
- Ayaq dərisində rəng dəyişikliyi varsa (göyərmə, mərməri və ya solğun dəri);
- Hissəvi temperatur yüksəlməsi varsa;
- Ağrı, hissiyat pozğunluğu və azalması varsa;
- Şişkinlik varsa;
- Ayaq görünüşündə dəyişikliklər (deformasiyalar) varsa.