Diabetik ayaq haqqında “qorxulu” statistika
- Hər diabet xəstəsinin həyatı boyunca 12-25% ehtimalla ayaq yarası əmələ gələ bilər.
- Diabetik ayaq yaraları xəstənin həyat keyfiyyətinin pozulmasına, aşağı ətraf amputasiyalarına və hətta ölümə səbəb ola bilir.
- Diabetlinin xəstəxanada yatışının ən çox səbəbi diabetik ayaqdır.
- Müalicəsi bahalı və uzunmüddətlidir.
- Diabetik xəstələrdə ayaq yaralarının 2/3-nin sağaldığı halda, yerdə qalanı amputasiya ilə nəticələnir.
- Qeyri-travmatik amputasiyaların 50-70%-nin səbəbi diabetik ayaqlardır.
- Bir ətraf amputasiya olunubsa, digər ətrafın amputasiya riski ilk 4 il içində 50%-dən artıqdır.
- Dünyada hər 30 saniyədən bir, hər hansı bir xəstənin ayağı diabet səbəbiylə kəsilir.
- Hər il 1 milyondan artıq diabetli insan ayağını itirir!
Bu yazını yaxınlarınızla paylaşın