Diabetik ayaq nədir?

Diabetik ayaq, şəkərli diabetə bağlı ayaqlarda sinir, damar zədələnməsi  və immun sistemin zəifləməsinə bağlı ayaqlarda çətin sağalan  yaraların, qanqrenaların və ciddi mikrob infeksiyalarının əmələ gəlməsi ilə gedən xəstəliyidir.

Hansı ayaq yaraları daha təhlükəlidir?

Normal, sağlam dərinin 1 sm2–ində mikroorqanizim sayı 10 000-dən artıqdır. Bunun əsas hissəsini stafilokokus aureus, stafilokokus epidermidis və streptokokklar təşkil edir. Bu bakteriyalar ayaqda ən ciddi infeksiyalar törədə bilər. Amma sağlam dəri bu və ya digər bakteriyaların bədənə daxil olmasına “imkan verməz”. Ayaqda infeksiya ortaya çıxıbsa, demək ki, dəridə mütləq bir giriş qapısı vardır. Ayaq dərisindəki çox kiçik bir zədələnmə, göbələk, infeksiya, dırnaq yarası, hətta ən kiçik çatlar belə bakteriyaların tamlığı pozulmuş dəridən bədənə daxil olaraq çox ciddi ayaq infeksiyasının əmələgəlməsinə səbəb ola bilər. Buna görə şəkər xəstələrinin ayağındakı hər yara təhlükəlidir.

“Ayağında böyük və ya kiçik yara ilə gəzən hər bir şəkərli diabet xəstəsi bomba gəzdirir deməkdir. Bu bombanın harada, nə zaman, necə partlayacağı və özüylə nələri alıb aparacağı bilinməz.” – Prof. Dr. Muzaffer Altındaş